Sumqayıtda poladəritmə sexindəki partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb – YENİLƏNİB

Baş səhifə
Sumqayıtda poladəritmə sexindəki partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB

Sumqayıt şəhərindəki poladəritmə sexində baş verən partlayış zamanı xəsarət alanların vəziyyəti məlum olub.

bu barədə “Report”un yerli bürosuna Baku Medical Plazadan məlumat verilib.

Bildirilib ki, Sumqayıtın Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində baş vermiş partlayış nəticəsində xəsarət alan iki nəfər gecə saat 22:00–23:00 radələrində Baku Medical Plazanın Babək filialına hospitalizasiya olunub.

Hazırda pasiyentlərin vəziyyəti ağır qiymətləndirilir. Onlara dərhal zəruri tibbi yardım göstərilib, müalicələri reanimasiya şöbəsində davam etdirilir.

Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində partlayış hadisəsi baş verib.

“Report”un yerli bürosu məlumat verir ki, sexdə quraşdırılmış sobanın partlaması nəticəsində orada fəhlə işləyən 1994-cü il təvəllüdlü İsmayılov Elməddin Nurəddin oğlu, 1989-cu il təvəllüdlü Davidov Ceyhun Zakir oğlu və 1997-ci il təvəllüdlü Məmmədov Coşğun Ruşan oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Yaralılar dərhal tibb müəssisəsinə çatdırılıb. Onlara zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.