İranın səfiri Astanada Qazaxıstan rəsmiləri ilə danışıqlar aparıb

Baş səhifə
İranın səfiri Astanada Qazaxıstan rəsmiləri ilə danışıqlar aparıb

İranın Qazaxıstandakı səfiri Əli Əkbər Jokar cümə axşamı paytaxt Astanada iki qazax rəsmi ilə görüşüb.

“Report” İran mediasına istinadən xəbər verir ki, Əli Əkbər Jokar ilə danışıqlarda Qazaxıstan Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Yerkin Tukumov və Qazaxıstan Xarici İşlər Nazirliyinin Yaxın, Orta Şərq və Afrika Departamentinin baş direktoru Beybit Kulatayev iştirak edib.

Danışıqlar zamanı ikitərəfli əlaqələr və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.