"Hamilə qadın yolda öldü" 

Baş səhifə

Biləsuvar rayonunun Amankənd kəndinin sakinləri uzun illərdir bir sıra sosial problemlərdən əziyyət çəkirlər.

Modern.az xəbər verir ki, Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar həm mavi yanacaqdan məhrum olduqlarını, həm də kənd yolunun yararsız vəziyyətə düşdüyünü bildiriblər.

“Qaynımın arvadı hamilə idi, qadın yolda öldü”; “Təcili yardım gəlinimi aparmadı ki, yol narahatdır, qorxuram” – deyə, sakinlər şikayətlərini dilə gətiriblər.

Başqa bir sakin isə kəndə dörd ildir qaz verilmədiyini söyləyib:

“Mal təzəyi yandırırıq. Xəstəmiz, uşağımız var, evdə oturmaq mümkün olmur. Dəfələrlə şikayət etmişik. Əgər kömək etmirlərsə, bu kəndi köçürsünlər. Biz burada necə yaşayaq?!”