Qəzza zolağı hərbsizləşdirilməlidir – İsrail XİN

Baş səhifə

Bakı. Trend:

Həm İsrailin, həm də Qəzzanın təhlükəsizliyinin təmin olunması
üçün HƏMAS tərksilah olunmalı, Qəzza zolağı isə
hərbsizləşdirilməlidir.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon
Saar Qazaxıstan səfəri zamanı qazaxıstanlı həmkarı ilə görüşdə
bildirib.




“Cənab nazir, biz Donald Trampın Qəzza ilə bağlı planını
dəstəkləyirik və onun həyata keçirilməsinin tərəfdarıyıq. HƏMAS
tərksilah edilməli, Qəzza sektoru isə demilitarizasiya olunmalıdır.
Bu, həm İsrailin təhlükəsizliyi, həm də Qəzzanın daha yaxşı
gələcəyi üçün zəruridir”, – deyə diplomat qeyd edib.

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev isə öz
növbəsində ölkəsinin Yaxın Şərq münaqişəsinin həlli ilə bağlı
mövqeyini bir daha xatırladaraq bildirib ki, “iki xalq üçün iki
dövlət” formulu əsasında Fələstin Dövlətinin yaradılması
zəruridir.