
Bakı.Trend:
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçiriblər. Əməliyyatlar
zamanı narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 29 yaşlı
Mirtərlan Əsgərzadə və 37 yaşlı qadın saxlanılıb.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilir ki, həmin şəxslərdən 16 kiloqramdan artıq tərkibinə
psixotrop maddələr əlavə edilən marixuana, metamfetamin və tiryək
aşkarlanıb. Saxlanılan şəxslər ifadələrimdə narkotikləri sosial
şəbəkədə tanış olduqları İran vətəndaşları vasitəsilə əldə
etdiklərini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara pul
müqabilində çatdıracaqlarını bildiriblər. Faktlarla bağlı cinayət
işi başlanılıb araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşları tərəfindən
cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı 37 kiloqram
müxtəlif xassəli narkotik vasitə qanu


