Bakı. Trend:
Almaniyanın paytaxtı Berlinin mərkəzində silahlı insident
nəticəsində beş nəfər xəsarət alıb.
Trend xəbər verir ki, hadisə
yaşayış binalarının birindəki mənzildə baş verib.
Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Əraziyə polis və təcili yardım qüvvələri əraziyə cəlb olunub,
hadisə yeri mühasirəyə alınıb. İlkin məlumata əsasən, bir neçə
nəfər şübhəli şəxs qismində saxlanılıb.
Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.

