Futzal üzrə Azərbaycan millisi Danimarkaya uduzub

Baş səhifə

Bakı. Trend:

Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu
keçirib.

Trend xəbər verir
ki, yeni ildə ilk matçına çıxan komanda Bakı İdman Sarayında
Danimarka yığmasını qəbul edib.

Görüşün 5-ci dəqiqəsində qonaqlardan Rasmus Filipsen hesabı
açıb. İlk hissə Danimarka millisinin minimal üstünlüyü ilə başa
çatıb.




İkinci hissədə, 27-ci dəqiqədə Nihad İsmayılov Azərbaycan
millisinin heyətində fərqlənərək hesabı bərabərləşdirib. Lakin
32-ci dəqiqədə Kasper Rasmussen, 37-ci dəqiqədə Hans Riken və 40-cı
dəqiqədə Niklas Fuhs-Kristiansen fərqlənərək Danimarka yığmasının
qələbəsini təmin ediblər – 1:4.

Qarşılaşma Danimarka millisinin qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında növbəti yoldaşlıq oyunu yanvarın 24-də, saat
16:00-da Bakı İdman Sarayında keçiriləcək.