Bakıda dönərxanada yanğın başlayıb

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
paytaxtın Səbail rayonu, Sahil metrosunun yaxınlığında dönərxanada
yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar
dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri
əraziyə cəlb olunub.




Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam
edir.

Əlavə məlumat veriləcək.