Paytaxtda 5 kq narkotik vasitə aşkarlandı

Baş səhifə

Bakı. Trend:

Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları
tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat
keçirilib.

Trend xəbər verir ki, bu
barədə DİN məlumat yayıb.

Bildirilir ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 35 yaşlı
Bakı şəhər sakini Orxan Müslümov saxlanılıb. Ondan 5 kiloqram 700
qram marixuana aşkarlanıb.




O.Müslümov ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış
olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından
paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir.