Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp ABŞ Birgə Xüsusi Əməliyyatlar
Komandanlığına (JSOC) Qrenlandiyaya hücum üçün ətraflı plan
hazırlamağı əmr edib.
Trend-in məlumatına görə, bu barədə Britaniyanın “The Mail on
Sunday” qəzeti mənbələrə istinadən xəbər verib.
Qeyd olunub ki, Tramp Qrenlandiyanın “strateji mövqeyi və
mineral sərvətlərinə” əsaslanaraq onu ilhaq etmək istəyir.

