Sabunçuda evdən oğurluq edən keçmiş məhkum saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsi sakinlərindən biri
evindən oğurluq edilməsi barədə polisə müraciət edib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat
verilib.




Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən
tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər
məhkum olunmuş 38 yaşlı T.Babayev müəyyən olunaraq saxlanılıb.
Ondan əlavə olaraq psixotrop maddə metamfetamin də aşkarlanıb.

Araşdırma aparılır.