“Liverpul” macarıstanlı yarımmüdafiəçi ilə anlaşdı

Baş səhifə

Bakı. Trend:

“Liverpul” Dominik Soboslayı uzun illər komandada saxlamaq
istəyir.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, İngiltərə çempionu macarıstanlı
futbolçunun müqaviləsinin müddətini uzatmağın planlaşdırır.




Artıq Soboslayla razılıq əldə olunub. 25 yaşlı hücumameyilli
yarımmüdafiəçi ilə yaxın günlərdə yeni sözləşmə imzalanacaq.

Qeyd edək ki, “Liverpul” Dominik Soboslayı 2023-cü ilin yayında “Leyptsiq”dən 70 milyon avroya transfer edib. Macarıstan millisinin
üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 27
rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun
klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə
tutulub.