Qızılın birja qiyməti ilk dəfə 4500 dolları keçib

Baş səhifə

Bakı. Trend:

Qızılın birja qiyməti tarixdə ilk dəfə olaraq 1 troy unsiyası
üçün 4500 dolları ötüb.

Trend xəbər verir
ki, bu rekord 9 yanvar axşamı Nyu-York Comex birjasında ticarət
zamanı qeydə alınıb.




Bakı vaxtı ilə saat 19:38-ə olan məlumata görə, fevral ayında
qızıl fyuçerslərinin qiyməti 1,39% artaraq 1 troy unsiyası üçün
4522,61 dollara çatıb. Bu, qiymətli metal üçün yeni rekorddur.

Ekspertlər qiymət artımını qlobal bazarlarda davam edən
dəyişkənlik və təhlükəsiz sığınacaq aktivlərinə tələbatın
yüksəlməsi ilə əlaqələndirirlər.