Suriyanın Hələb şəhərində atəşkəs elan olunub

Baş səhifə

Suriya Müdafiə Nazirliyi Hələbin kürdlərin yaşadığı ərazilərdə atəşkəs elan edib.

APA xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Məlumata görə, atəşkəs yerli vaxtla saat 03:00-dan qüvvəyə minəcək.

“Hələbdə mülki əhalimizin təhlükəsizliyi ilə bağlı narahatlıqları nəzərə alaraq və yaşayış məntəqələrində yeni hərbi eskalasiyanın qarşısını almaq məqsədilə Müdafiə Nazirliyi Hələbdə Şeyx Məqsud, Əşrəfiyyə və Bəni Zeyd rayonlarının yaxınlığında atəşkəs elan edir”, – bəyanatda vurğulanıb.

Nazirlik, eyni zamanda, Şeyx Məqsud, Əşrəfiyyə və Bəni Zeyd ərazilərində yerləşən silahlı qruplaşmalardan bu əraziləri tərk etməsini tələb edib. Qeyd edilib ki, bunun üçün verilən müddət yanvarın 9-u saat 09:00-da başa çatır.