
Nikol Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan şəxsən güc strukturlarını baş çəkmək, onların fəaliyyəti ilə tanış olmaq məqsədilə rəhbərlik və əməkdaşlarla görüşlər keçirmək qərarına gəlib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i mənbələrə istinadən məlumat yayıb.
Monitorinqin nəticəsinə görə işdən çıxarmalar və ya istefaların ola biləcəyi istisna edilmir.
Qeyd olunur ki, hüquq-mühafizə orqanları Paşinyanın ziyarətinə ciddi hazırlaşırlar.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


