
Bakı. Trend:
Real həyatın qaydaları göstərir ki, dünya güc və qüdrət əsasında
idarə olunur.
Trend xəbər verir ki, bu
fikirləri Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller CNN
telekanalına verdiyi müsahibədə səsləndirib.
“Ola bilsin, beynəlxalq etik normalar və digər məsələlər barədə
istədiyiniz qədər danışasınız, amma biz güc və qüvvənin həlledici
olduğu real bir dünyada yaşayırıq. Bunlar dünyanın dəyişməz
qanunlarıdır”, – deyə Miller jurnalistə açıqlamasında
vurğulayıb.
O, eyni zamanda ABŞ-ın keçid mərhələsində Venesuela üzərində
effektiv nəzarətə malik olduğunu da bildirib.


