
Bakı. Trend:
“Araz-Naxçıvan” futbol klubunun yeni baş məşqçisi məlum
olub.
Trend xəbər verir
ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, komandanın baş məşqçisi vəzifəsinə Andrey
Demçenko təyin edilib. Ukraynalı mütəxəssislə cari mövsümün
sonunadək müqavilə imzalanıb. Razılaşmanın daha bir il müddətinə
uzadılması imkanı da nəzərdə tutulub.
Qeyd edək ki, Andrey Demçenko istefaya göndərilən Elmar
Baxşıyevi əvəzləyib.
Məşqçilik fəaliyyətinə 2011-ci ildə başlayan Demçenko vətənində
“İmeks”, “Metallurq” (Zaporoje), “Veres”, “Lvov”, “Metallist 1925”,
“Bukovina” klublarını çalışdırıb.
O, müxtəlif illərdə Özbəkistanın “Obod”, həmçinin Gürcüstanın
“Dila” və “Dinamo” (Batumi) komandalarına rəhbərlik edib. 50 yaşlı
mütəxəssis Bakıya gələnə qədər Qazaxıstan “Jenis”inin baş məşqçisi
olub.


