
Bakı. Trend:
“Qarabağ”ın Türkiyənin Antalya şəhərində qış təlim-məşq
toplanışı çərçivəsində yoxlama görüşlərində qarşılaşacağı rəqiblər
müəyyənləşib.
Klubdan Trend-ə verilən məlumata görə, yanvarın 10-dan 17-dək
Belek bölgəsində hazırlıq keçəcək Ağdam təmsilçisi Özbəkistanın
“Neftçi” (Fərqanə) və Polşanın “Zalebye” klubları ilə
qarşılaşacaq.
Matçlar, müvafiq olaraq, yanvarın 12-də və 16-da
keçiriləcək.
Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi oyununa yanvarın
21-də çıxacaq. Komanda UEFA Çempionlar Liqasının liqa mərhələsi
çərçivəsində Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq.


