
2025-ci il ixracatımız əvvəlki ilə nisbətən 4,5% artaraq 273,4 milyard dollara çatıb.
“Report” xəbər verir ki, bu məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” hesabında bölüşüb.
“Beləliklə, ölkə tariximizin ən yüksək illik ixracatını reallaşdırdıq” , – sözlərindən sonra Ərdoğan qeyd edib ki, dekabrda ixracdan əldə olunan gəlir 26,4 milyard dollardır və bu, Türkiyənin ən yüksək aylıq göstəricisidir.
Onun sözlərinə görə, ixracatda ilk yer 57,8 milyard dollarla İstanbula aiddir. Digər yerləri Kocaeli, İzmir, Bursa və Tekirdağ tutur.
2025 yılı mal ihracatımız, önceki yıla kıyasla %4,5 artarak 273,4 milyar dolara ulaştı.
Böylece cumhuriyet tarihimizin en yüksek yıllık ihracatını gerçekleştirdik.… pic.twitter.com/J5676sTMyd
— Recep Tayyip Erdoğan (@RTErdogan) January 3, 2026
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


