Tramp: Yeni hakimiyyət qurulana qədər ABŞ Venesuelada qalacaq

Baş səhifə
Tramp: Yeni hakimiyyət qurulana qədər ABŞ Venesuelada qalacaq

Amerika lideri Donald Tramp bəyan edib ki, ABŞ lazımi hakimiyyət keçidi həyata keçirilənə qədər Venesuelada qalacaq.

“Report” xəbər verir ki, Ağ Ev rəhbəri bunu Floridadakı Mar-a-Laqo iqamətgahında keçirdiyi mətbuat konfransında bildirib.

“Biz təhlükəsiz, düzgün və lazımi hakimiyyət keçidi mümkün olana qədər ölkəni idarə edəcəyik” , – sözlərindən sonra Tramp qeyd edib ki, Venesuelada Maduronun postunu istənilən adamın tutması risklidir. “Çünki bu halda hər şey eyni bitə bilər” , – Amerika lideri vurğulayıb.

İkinci hücum dalğasından bəhs edən Tramp bu həmlənin daha böyük olacağını istisna etməyib. O, həmçinin qeyd edib ki, Venesueladakı əməliyyata təyyarə və helikopterlər də cəlb olunub, hərbçilər arasında ölən olmayıb.

“Heç bir texnika itirilməyib, heç bir hərbçi öldürülməyib”, – Tramp bildirib.