
Venesuela Prezidenti Nikolas Maduro ələ keçirilərkən bir neçə amerikalı xəsarət alıb.
Modern.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”-a telefon müsahibəsində deyib. O, əməliyyat zamanı heç bir amerikalının ölmədiyini bildirib.
“Bir neçə nəfər vurulub. Amma onlar geri qayıtdılar və kifayət qədər yaxşı vəziyyətdədirlər”, – deyə Tramp qeyd edib.
ABŞ Prezidenti əlavə edib ki, əməliyyat zamanı bir helikopter vurulub, lakin heç bir təyyarə itkisi olmayıb.


