Mikroavtobus dirəyə çırpıldı – 2 nəfər öldü

Baş səhifə

Astarada mikroavtobusun qəzaya uğraması nəticəsində iki nəfər ölüb, beş nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, mikroavtobusun aşması nəticəsində 1996-cı il təvəllüdlü Əfsanə Baxşıyeva və 1961-ci il təvəllüdlü Səyyarə Həsənova hadisə yerində həyatını itirib. Qəza zamanı daha 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar dərhal tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

***

18:35

Astarada mikroavtobusun qəzaya uğraması nəticəsində ölən və xəsarət alanlar var.

Modern.az xəbər verir ki, hadisə rayonunun Təngərüd kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, Astara-Lənkəran marşrut xətti üzrə hərəkətdə olan “Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb

Qəza zamanı mikroavtobusda olan sərnişinlərdən bəziləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölənlərin olduğu bildirilir.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən aidiyyəti üzrə xəstəxanaya yerləşdirilib.