Türkiyə XİN: Yəmənin cənubunda baş verənləri narahatlıqla izləyirik

Baş səhifə
Türkiyə XİN: Yəmənin cənubunda baş verənləri narahatlıqla izləyirik

Yəmən Respublikasının cənub vilayətlərində son günlər baş verən, ölkənin suverenliyi və ərazi bütövlüyü ilə qonşu dövlətlərin təhlükəsizliyini risk altına qoyan hadisələri narahatlıqla izləyirik.

“Report” xəbər verir ki, bu, Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

“Prezidentlik Liderlik Şurasının ölkədə sabitliyi təmin etmək istiqamətindəki səylərini əhəmiyyətli hesab edir, Ər Riyadda hərtərəfli konfransın keçirilməsi ilə bağlı çağırışı və Səudiyyə Ərəbistanının dəstəyini məmnuniyyətlə qarşılayırıq” , – bəyanatda bildirilib.

Əlavə olunub ki, Türkiyə Yəməndə konstitusiya legitimliyi əsasında daimi siyasi həllin təmin edilməsinə yönələn səylərə dəstəyini bird aha təsdiqləyir.