
BMT Təhlükəsizlik Şurasının Venesuela ilə bağlı təcili iclası 4 və ya 5 yanvar tarixində keçirilə bilər.
APA xəbər verir ki, bu barədə BMT TŞ-dəki adı açıqlanmayan mənbə məlumat verib.
“Bu, ya bazar günü, ya da bazar ertəsi baş tutacaq. Təhlükəsizlik Şurası təsdiqi gözlənilir”, – mənbə bildirib.


