2025-ci ildə Almaniyada 62 526 qanunsuz sərhəd keçidi qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Ötən il Almaniyaya 62 526 qanunsuz giriş halı qeydə alınıb.

Trend “Tagesschau”
xəbər xidmətinə istinadla bildirir ki, bu rəqəm 2024-cü ildə 83
572, 2023-cü ildə isə 127 549 olub. Bəzi aylarda polis əməkdaşları
20 mindən çox şəxsi saxlayıb, 2025-ci ilin dekabrında isə bu
göstərici təxminən 4 600 olub.




Almaniyanın bütün quru sərhədlərində yoxlamalar 2024-cü il
sentyabrın 16-dan həyata keçirilir. Həmin vaxtdan Fransa,
Lüksemburq, Belçika, Danimarka və Niderland ilə sərhədlərdə
yoxlamalar aparılıb. Müvəqqəti xarakter daşıyan bu nəzarətlər
indiyədək iki dəfə uzadılıb. Polşa, Çexiya və İsveçrə ilə
sərhədlərdə yoxlamalar 2023-cü ilin oktyabrından, Avstriya ilə
sərhəddə isə 2015-ci ildən etibarən davam edir.

Sərhəd yoxlamaları Almaniyada yeni hökumətin fəaliyyətə
başlamasından sonra – 2025-ci ilin mayında – daha da
sərtləşdirilib. Həmin vaxtdan federal polisə, həssas qruplara aid
şəxslər istisna olmaqla, sığınacaq axtaranların geri qaytarılması
səlahiyyəti verilib.