Böyük Britaniya polisində maqnitli hicab tətbiq edilə bilər

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya polisində müsəlman qadınların xidmətə cəlb
edilməsi məqsədilə maqnitli hicabın geyim forması kimi tətbiqi
mümkün olacaq.

Trend xəbər verir
ki, maqnitli hicab sürətli açılan bərkidici mexanizmə malikdir və
toqquşma zamanı dartıldıqda asanlıqla sürüşüb çıxır.




İdeya ilk dəfə 20 il əvvəl detektiv-serjant Yassin Desai
tərəfindən irəli sürülüb, lakin ideal maqnitli hicabın hazırlanması
uzun illər tələb edib. Desainın sözlərinə görə, hicab Enderbi
şəhərində uğurla praktiki sınaqlardan keçirilib. Konstruksiya
hicabın alt hissəsinin ayrılmasına imkan verir, bu da boğulma
riskinin qarşısını alır və eyni zamanda təvazökar, peşəkar görünüşü
qoruyur.

Lesterşir polisində çalışan müsəlman qadınlar artıq maqnitli
hicab taxmağa başlayıblar.