Xaçmazda Qudyalçayın rayon ərazisindən keçən hissəsində növbəti təmizlik aksiyası keçirilib (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qudyalçayın
rayon ərazisindən keçən hissəsində növbəti təmizlik aksiyası
keçirilib.

Əraziyə işçi qüvvəsi ilə yanaşı xeyli sayda xüsusi texnika da
cəlb olunub. Gün ərzində çayın ətrafı məişət və digər
tullantılardan təmizlənib.




Rayon ərazisində təmizlik aksiyaları mütəmadi olaraq davam
etdirilir.