Xırdalanda evdə üç nəfər dəm qazından zəhərlənib (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə
Abşeron rayonu, Xırdalan şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsində
yerləşən yaşayış binasında vətəndaşların bağlı qapı arxasında
köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar
dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri
çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 1940-cı il
təvəllüdlü G.Əliyeva, 1979-cu il təvəllüdlü C.Həsənova və 2013-cü
il təvəllüdlü İ.Mehdiyevin uzun müddət telefon zənglərinə və
çağırışlara reaksiya vermədiyi və həyati təhlükəli vəziyyətin
yarandığı ehtimalı müəyyən olunub.




Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə
əməliyyatı nəticəsində dördmərtəbəli yaşayış binasının üçüncü
mərtəbəsində yerləşən mənzilin qapısı xüsusi vasitələrin köməyi ilə
açılaraq, ilkin ehtimala görə, dəm qazı səbəbindən huşsuz
vəziyyətdə aşkar edilən vətəndaşlara ilkin yardım göstərilərək
dərhal xəstəxanaya çatdırılıblar.