Bakı. Trend:
Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi (ITIA) 25 yaşlı Pan
Jenlunun danışılmış oyunlarda iştirakına görə 12 illik
diskvalifikasiya qərarı verib.
Trend-in
məlumatına görə, tennisçi həmçinin 110.000 dollar məbləğində
cərimələnib.
Pan Jenlun iştirak etdiyi beş matçın danışılmış olduğunu etiraf
edib və digər tennisçilərə 17 dəfə rüşvət vermə cəhdindən danışıb.
7 noyabr 2024-cü ildə başlayan müvəqqəti diskvalifikasiya nəzərə
alınmaqla, onun tam diskvalifikasiyası 6 noyabr 2036-cı ildə başa
çatacaq.
Pan Jenlun 2024-cü ildə karyerasının ən yüksək dünya reytinqinə
çataraq 1316-cı yerdə qərarlaşıb.

