Bakı. Trend:
Sərhəd bölgəsində baş verən toqquşmalar nəticəsində təxminən bir
milyon Kamboca və Tailand vətəndaşı evlərini tərk etmək
məcburiyyətində qalıb.
Trend-in
məlumatına görə, Kamboca Daxili İşlər Nazirliyi Tailandla
sərhəddəki döyüşlər səbəbindən 518 mindən çox vətəndaşın
təhlükəsizlik məqsədilə ərazilərini tərk etdiyini bildirib.
Nazirliyin açıqlamasında qeyd olunur ki, qadınlar və uşaqlar da
daxil olmaqla yarım milyondan çox kambocalı Tailandın F-16 qırıcı
təyyarələrinin atəşindən, raket və hava bombardmanından qaçmaq üçün
evlərini və məktəblərini tərk etməyə məcbur olublar.
Eyni zamanda, Tailand hakimiyyəti sərhəd bölgəsindən 400 mindən
çox vətəndaşın təxliyə edildiyini açıqlayıb.

