Putin Makronla dialoqa hazırdır – Peskov

Baş səhifə

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel
Makronla dialoqa hazırdır.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi
Dmitri Peskov bildirib. Onun sözlərinə görə, mümkün dialoq hər iki
tərəfin mövqeyini anlamaq cəhdi olmalıdır.




“Putin həmişə öz mövqelərini izah etməyə, həmsöhbətləri ilə
ətraflı, səmimi və ardıcıl şəkildə dialoqa hazırdır”, – deyə Peskov
bildirib.

Xatırladaq ki, dekabrın 19-da Makron Rusiya Prezidenti Vladimir
Putinlə dialoqun bərpasının Avropa üçün faydalı ola biləcəyini
bildirib