“Liverpul” səfərdə “Tottenhem”i məğlub edib – İngiltərə Premyer Liqası

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə İngiltərə Premyer Liqasında XVI tura start
verilib.

Trend-in
məlumatına görə, açılış oyununda “Çelsi” səfərdə “Nyukasl”la 2:2
hesablı heç-heçə edib.

Turun mərkəzi qarşılaşmasında “Tottenhem” öz meydanında
“Liverpul”a 1:2 hesabı ilə uduzub.




Digər matçlarda isə “Mançester Siti” “Vest Hem”ə 3:0,
“Brentford” “Vulverhempton”a 2:0 hesabı ilə qalib gəlib, “Bornmut”
“Börnli” ilə (1:1), “Brayton” isə “Sanderlend”lə (2:2) heç-heçəyə
razılaşıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında turnir cədvəlinə 37
xalla “Mançester Siti” başçılıq edir. Bir oyun az keçirən “Arsenal”
36 xalla ikinci pillədə qərarlaşıb.