
Bakı. Trend:
“Arsenal” “Yuventus”un futbolçusu Conatan Davidi transfer etməyi
planlaşdırır.
Trend bu barədə
xarici KİV-ə istinadla xəbər verir.
London təmsilçisi 25 yaşlı hücumçunun qarşılığında Turin klubuna
Qabriel Jesusu təklifi edib. Lakin, “Yuventus” “Arsenal”a rədd
cavabı verib.
Qeyd edək ki, Conatan David bu ilin yayından “Yuventus”da
oynayır. Qabriel Jesus isə 2022-ci ildən “topçular”ın formasını
geyinir.


