Bakı. Trend:
Naxçıvanda vəkilin fəaliyyətinə xitam verilməsi qaydalarında
dəyişiklik ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Ali Məclisin dekabrın 19-da keçirilən
plenar iclasında müzakirə olunan “Naxçıvan Muxtar Respublikasının
Vəkillər Kollegiyası haqqında” Qanunda dəyişiklik edilməsi barədə
qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığına xitam
verildikdə vəkilin fəaliyyətinə xitam verilə biləcək.
Vəkilin fəaliyyətinə xitam verilməsi barədə Vəkillər Kollegiyası
Rəyasət Heyətinin qərarından bir ay müddətində
məhkəməyə şikayət verilə biləcək.

