
Bakı. Trend:
“Qalatasaray” “Mançester Yunayted”in dayaq yarımmüdafiəçisi
Manuel Uqarte ilə danışıqlar aparıb.
Trend
jurnalist Erol Evkenin X sosial media səhifəsində verdiyi məlumata
istinadla bildirir ki, türk nəhəngi həmçinin ingilis klubu ilə də
əlaqə saxlayıb.
Mənbənin məlumatına görə, “Qalatasaray” 24 yaşlı futbolçu üçün
“Qırmızı şeytanlar”a sərfəli təklif verib, lakin bu, hələ rəsmi
olaraq yekunlaşmayıb.
Bu mövsüm Uqarte bütün yarışlarda 11 oyunda meydana çıxıb və qol
vurmayıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 30
milyon avrodur.


