
“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına dövlət büdcəsinin vəsaiti hesabına alınacaq qəzet kağızının norması müəyyənləşib.
“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.
MƏLUMAT YENİLƏNİR
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


