
Ağdamda traktorçu minaya düşüb. Hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib.
APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə kənd sakini Məmmədov Məlik Qədir oğlu əkin sahəsində işləyərkən mina partlayışından xəsarət alıb.
Yaralı Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


