İnterpola yeni başçı seçilib

Baş səhifə

Bakı. Trend:

Mərakeşin Fəs şəhərində keçirilən İnterpolun 93-cü Baş
Assambleyasında fransalı polis rəisi Lukas Filipe beynəlxalq polis
təşkilatına yeni prezident seçilib.

Trend bu barədə
İnterpolun rəsmi saytına istinadən xəbər verir.

Məlumata görə, 53 yaşlı fransızın namizədliyinin lehinə 84
assambleya üzvü səs verib.

Yeni rəhbərlə yanaşı, təşkilatın Asiya üzrə vitse-prezident və
Afrika, Asiya və Avropa üzrə nümayəndələri təyin olunub:

Asiya üzrə vitse-prezident – Çindən Van Yonq




Afrika üzrə nümayəndələr – Tunisdən İssam Fetui

Keniyadan Məhəmməd İbrahim Amin

Asiya üzrə nümayəndə – Yaponiyadan Kazumi Oqasavara

Avropa üzrə nümayəndə – İtaliyadan Stefano
Karvelli.