
Bakı. Trend:
Xəzər rayonunda oğurluq hadisələri qeydə alınıb.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, rayon ərazisində yerləşən evlərin birində ev
sahibinin olmamasından istifadə edən naməlum şəxs pəncərədən
içəriyə daxil olaraq 1200 manat dəyərində nağd pul və qızıl-zinət
əşyaları oğurlayıb.
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum
olunmuş 49 yaşlı R.Bayramov müəyyən olunaraq saxlanılıb.
Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb. Araşdırma
zamanı saxlanılan şəxsin digər bir vətəndaşa məxsus avtomobildən
1500 manat dəyərində ehtiyat hissələri taladığı da məlum olub.
Araşdırma aparılır.


