ABŞ müttəfiqləri ilə Ukrayna ilə bağlı yeni plan müzakirə etməyə başlayıb

Baş səhifə

Bakı. Trend:

Vaşinqton administrasiyası ABŞ-ın Avropa müttəfiqləri və Kiyevlə
Ukraynadakı münaqişənin həlli üçün yeni bir planı müzakirə etməyə
başlayıb və bu plan Amerika tərəfi tərəfindən Rusiya ilə
məsləhətləşmələr əsasında hazırlanır.

Trend-in məlumatına görə, bu barədə “Axios portalı xəbər
verib.




ABŞ-dəkı rəsmi mənbəsinin məlumatına əsasən, Ağ Ev “yeni plan
barədə Avropa rəsmilərini, eləcə də ukraynalıları məlumatlandırmağa
başlayıb”. Mənbə vurğuıayıb ki, Vaşinqton administrasiyası Avropa
ölkələrindən və Kiyevdən plana dəstək almaq üçün “real fürsət”
görür.

“Biz hesab edirik ki, indi bu plan üçün əlverişli zamandır. Hər
iki tərəf praktik və real yanaşma tətbiq etməlidir”, – deyə ABŞ
rəsmisi əlavə edib.