Bakı. Trend:
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI
İslam Həmrəyliyi Oyunlarında atletika yarışlarına start
verilib.
Trend xəbər
verir ki, milli komandamızın üzvlərindən ilk olaraq Yekaterina
Sariyeva mübarizəyə qoşulub.
Üç təkanla tullanma növündə mübarizə aparan atletimiz uğurlu
çıxışı ilə yadda qalıb. Sariyevanın ən yaxşı göstəricisi 13.84 metr
olub. Bu nəticə ilə Yekaterina mötəbər yarışda bürünc medala sahib
çıxıb.
Qeyd edək ki, bu, idmançımızın İslam Həmrəyliyi Oyunlarında 4-cü
medalıdır. Sariyeva 2013-cü ildə Palembanqda qızıl, 2021-ci ildə
Konyada gümüş, 2017-ci ildə Bakıda bürünc medal qazanmışdı.

