Sentyabrda müavinət və təqaüd alanların sayı açıqlandı

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin sentyabr ayında aylıq sosial müavinət və təqaüd
alanların sayı 860 min nəfərdən çox olub.

Trend xəbər verir ki, bu barədə Dövlət Sosial
Müdafiə Fondu (DSMF) məlumat yayıb.




Bildirilib ki, onların 458,4 min nəfərdən çoxunu aylıq sosial
müavinət, 401,5 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil
edib.