Çin altıncı nəsil J-36 qırıcısını modernləşdirib

Baş səhifə

Bakı. Trend:

Çinin altıncı nəsil qırıcısı sayılan və hələ rəsmi təqdimatı
olmamış “Chengdu” J-36 reaktiv hərbi təyyarəsi
modernləşdirilib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Keçirdiyi uçuş sınaqları zamanı yenidən müşahidəçilərin
obyektivinə tuş gələn “J-36” bu dəfə əvvəlki prototiplərdən bir
sıra fərqlərlə seçilib. Mühəndislər şassinin arxa dayaqlarındakı
təkərlərin yerləşməsini və hava girişlərinin formasını
dəyişiblər




“Chengdu Aircraft Industry Group” şirkəti tərəfindən
hazırlanmaqda olan bu təyyarə “uçan qanad” aerodinamik sxeminə
əsasən qurulub.

Prototipin füzelyajında əvvəl “3601” nömrəsi müşahidə
olunduğundan, internet istifadəçiləri təyyarənin J-36 indeksini
alacağını güman edirlər.