
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilib.
“Report”un məlumatına görə, turun açılış matçında “Azerreyl” səfərdə “Gəncə”yə qalib gəlib – 3:2.
Gəncə İdman Sarayında baş tutan matç günün yeganə qarşılaşması olub.
Qeyd edək ki, I turun “DH Volley” – “Abşeron” və UNEC – “Milli Aviasiya Akademiyasi” görüşləri oktyabrın 15-də reallaşacaq. “Gənclər” – “Xilasedici” oyununun keçiriləcəyi yer və tarix hələlik bəlli deyil.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


