Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

Baş səhifə

Bakı. Trend:

Külli miqdarda dələduzluqda təqsirləndirilən Şamil Cəfərzadənin
cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm
oxunub.

Hökmə əsasən, Şamil Cəfərzadə 6 il müddətinə azadlıqdan məhrum
edilib.




Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət işi üzrə özünü
təqsirli bilməyib.

Təqsirləndirilən Şamil Cəfərzadəyə Cinayət Məcəlləsinin
178.3.2-ci (külli miqdarda dələduzluq) ittiham irəli sürülüb.