Bakı. Trend:
Tehran Beyruta 60 milyon dollar həcmində yardım təklif edib,
lakin Livan hökuməti bu yardımı qəbul etməyib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu sözləri İranın Livandakı səfiri
Mücahid Aməni deyib.
Səfirin sözlərinə görə, Livan rəsmiləri bu qərarı beynəlxalq
sanksiyalara məruz qalmaq qorxusu ilə izah ediblər.
Aməni qeyd edib ki, bu yardım xalqın bəzi sosial-iqtisadi
problemlərinin həllinə kömək edə bilərdi.

