Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu finala yüksəlib

Baş səhifə
Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu finala yüksəlib

Azərbaycanın daha bir təmsilçisi Çexiyanın Ostrava şəhərində boks üzrə keçirilən U-19 Avropa çempionatında finala yüksəlib.

“Report”un məlumatına görə, bu dəfə Bilalhəbaşi Nəzərov (50 kq) həlledici döyüşə vəsiqə qazanıb.

O, yarımfinalda Lonut Razvan Panainteyə (Rumıniya) qalib gəlib.

Qeyd edək ki, daha əvvəl Banuçiçək Nəsirli (48 kq) bu raundadək irəliləyib.