
Bakı. Trend:
Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış
binasının zirzəmisindən 9-cu mərtəbəsinə kimi şaxta boyunca 30
paq.m telefon və internet kabeli yanıb.
Trend xəbər verir ki, bu
barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat
yayıb.
Bildirilib ki, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib.
Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


