Bakı. Trend:
Əfqanıstanın “Taliban” hökuməti Baqram hava bazasına nəzarəti
ABŞ-yə ötürmək barədə razılıq əldə edib.
Trend xəbər verir
ki, bu barədə sabiq Əfqanıstan prezidentinin sözçüsü Nəcib Azad
“Facebook” səhifəsində paylaşdığı videomüraciətdə bildirib.
Onun sözlərinə görə, ABŞ-nin 7-ci Xüsusi Təyinatlı Qrupu
(hava-desant) artıq Pərvan əyalətində yerləşən Baqram hava bazasına
doğru yola düşüb.
Azad qeyd edib ki, hərbi bölmələr Eqlin aviabazasından havaya
qalxıb və yaxın bir neçə saat ərzində Baqrama çatacağı
gözlənilir.

