
Bakı. Trend:
III MDB Oyunları çərçivəsində cüdo üzrə qarışıq komanda
yarışlarına yekun vurulub.
Trend-in
məlumatına görə, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan
döyüşlərdə yığmamız final qarşılaşmada Özbəkistan seçməsinə 7:4
hesabı ilə qalib gələrək fəxri kürsünün zirvəsinə qalxıblar.
Qeyd edək ki, cüdoçularımız yarımfinalda Tacikistan yığmasını
7:3 hesabı ilə məğlub ediblər.
Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB
Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

